Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı tədbir keçirilib.

14 iyul 2023 | 18:38

       Nərimanov rayon İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycana rəhbər təyin edilməsinin 54-cü ildönümü münasibətilə “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.

     Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyinin, ziyalıların, rayon ictimaiyyətinin və gənclərin iştirak etdiyi müşavirədə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

        Daha sonra çıxışçılar tərəfindən Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul gününün xalqımızın taleyində mühüm əhəmiyyət daşımasından, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə 1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsindən, Dahi rəhbərin siyasi iradəsi sayəsində ölkənin sosial, ictimai-siyasi, iqtisadi və mədəni sahələrində əldə olunan tarixi uğurlardan danışılıb. Ulu öndərin yaratdığı dövlətçilik ənənələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirildiyi vurğulanıb.

 

Keçidlər