Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

12 dekabr 2025 | 16:35

Tədbirdə Nərimanov rayon rəhbərliyi, Nərimanov Bələdiyyəsinin və Nərimanov Ağsaqqallar şurasının sədrləri, Millət vəkilləri, elm xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Azərbaycan Xalqının Ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin fəxri xiyabanda məzarını ziyarət ediblər.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Respublikasının görkəmli dövlət və elm xadimi Südeif İmamverdiyev və digər natiqlər, qəlbi daim Vətən sevgisi ilə döyünən, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran müdrik lider Heydər Əliyevin Azərbaycan tarixində rolu və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi nəhəng işlər barədə ətraflı məlumat veriblər. Onlar, həmçinin bildiriblər ki, bu gün Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi Ulu Öndəri və Müzəffər Ali Baş Komandan kimi rəhbəri var.

Keçidlər