Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

07 fevral 2023 | 15:35

Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında  27 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Fərmanının  5.4.2-ci bəndinin (Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi və bu istiqamətdə yeni platformalar yaradılması) icrasının təmin edilməsi məqsədilə Yetkinliklik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən Nərimanov RİHB-nın müavini İradə Muradovanın sədrliyi ilə 193 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Nərimanov RİH-in əməkdaşları, Rayon polis şöbəsinin əməkdaşı, psixoloq, müəllim və şagirdlər iştirak etmişdir. Tədbirdə çıxış edənlər  dövlət siyasəti hər bir uşağın sağlam mühitdə, sağlam düşüncə tərzində böyüyüb tərbiyə olunmasının, təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsi, eyni zamanda şagirdlərin asudə vaxtının səmərəli təşkil olunması və vətənpərvərlik ruhunda maarifləndirilməsi barədə danışıblar.

Keçidlər