Nərimanov rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq, Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilib.
Aksiyada Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Bələdiyyəsinin rəhbərliyi, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə 400 ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində cari mövsüm ərzində Nərimanov rayon ərazisində yaşıllaşdırılma, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.