Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib.

31 may 2024 | 17:24

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq, Nərimanov rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Bələdiyyəsinin rəhbərliyi, müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə 450 ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluq göstərilib.

Keçidlər