Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü qeyd edilib.

21 noyabr 2024 | 18:08

Noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında partiyanın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin YAP Nərimanov rayon təşkilatının inzibati binasında ucaldılmış büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti, YAP Nərimanov rayon təşkilatı, YAP Veteranlar Şurası, Nərimanov bələdiyyəsi rəhbərliyi, həmçinin Millət vəkilləri və rayon ictimaiyyəti iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsəndirilməsi ilə başlayan tədbirdə çıxış edən NRİH başçısı Elgin Həbibullayev və digər natiqlər Yeni Azərbaycan Partiyasının 32 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini bildiriblər. Qeyd edilib ki, bu gün sürətlə inkişaf edən müstəqil, suveren Respublikamız Yeni Azərbaycan Partiyasının sədri, Möhtərəm Prezident cənab İlham Əliyevin liderliyi ilə böyük uğurlara və möhtəşəm zəfərlərə imza atır. 

Tədbirin sonunda partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif edilib, həmçinin, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Keçidlər