Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Zəfər günü qeyd olunub.

06 noyabr 2025 | 16:50

Nərimanov Rayon İcra Hakimiyyətinin və YAP Nərimanov təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayonun rəhbərliyi, millət vəkilləri, politoloqlar, incəsənət xadimləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və rayon ictimaiyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev ölkəmizin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlardan, tarixin mürəkkəb bir dönəmində qazanılan parlaq zəfərdən söz açıb. Elgin Həbibullayev Azərbaycanın bu gün dünyada gedən proseslərdə, regionun və dünyanın yeni iqtisadi-siyasi arxitekturasının formalaşmasında fəal iştirtak etdiyini, bütün bu uğurların kökündə isə Möhtərəm cənab Prezidentin şəxsiyyətinin miqyası, onun xarizmasının dayandığını bildirib.

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Azərbaycanın qələbəsi təkcə hərbi deyil, eyni zamanda iqtisadiyyatın, səmərəli dövlət idarəçiliyinin, cəmiyyətin sıx birliyinin nəticəsi idi.

Tədbirdə çıxış edən digər natiqlər çıxışlarında qeyd ediblər ki, Vətən müharibəsində əldə olunan Böyük Zəfər Təməli Ulu öndər təfərindən qoyulan yolun Prezident İlham Əliyev tərəfindən böyük qürur və uğurla davam etdirməsinin nəticəsidir ki, tarixi ədalət bərpa olunub və torpaqlarımız işğaldan azad edilib.

Tədbir tanınmış incəsənət xadimlərinin musiqili ifaları ilə davam edib.

Keçidlər