Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda sakinlərlə səyyar görüş keçirilib.

06 yanvar 2023 | 17:10

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Təfəkkür Universitetində Nərimanov sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, Rayon Bələdiyyəsinin sədri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri də iştirak etmişlər.

Görüşdə çıxış edən RİH başçısı sakinləri yeni 2023-cü il münasibəti ilə təbrik edərək onlara yeni ildə müvəffəqiyyətlər arzulamış, Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Respublikamızın inkişafı və tərəqqisi naminə həyata keçirilən işlərin böyük əhəmiyyətindən söz açmışdır.

Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.

Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər