Nərimanovda ağacəkmə aksiyası keçirilib.
13 may 2025 | 15:22
“Konstitusiya və suverenlik ili” çərçivəsində Nərimanov rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
Yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsi məqsədilə təşkil olunan aksiyada Nərimanov Rayon İcra Hakimiyyətinin, YAP Nərimanov rayon təşkilatının, Nərimanov rayon bələdiyyəsinin, həmçinin müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluq göstərilib.