Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanovda iftar süfrəsi təşkil olunub.

18 mart 2025 | 16:16

Nərimanov rayonunda Ramazan ayı münasibətilə rayon rəhbərliyinin, Millət vəkillərinin, şəhid ailələrinin, qazilərin və rayon ictimaiyyətinin iştirakı ilə iftar süfrəsi təşkil edilib.

Tədbirdə çıxış edənlər ölkəmizin Ramazan ayını Qalib, məğrur, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd etdiyini bildirdilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qəhrəman ordumuzun şüçayəti sayəsində Azərbaycan tarixi qələbə qazanıb, ədalət bərqərar olub. Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda övladlarını itirən valideynlərə öz ehtiramlarını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırdılar.

Tədbirdə iştirak edənlər Azərbaycanın tərəqqisi və inkişafı naminə yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər