Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanovda növbəti səyyar görüş baş tutub.

01 may 2024 | 18:19

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayonu ərazisində yerləşən 45 saylı orta məktəbdə  sakinlərlə növbəti səyyar görüş keçirib.

Sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə icra başçısı ilə yanaşı rayonunun təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri sakinlərin müraciət və təkliflərini dinləyiblər. Vətəndaşların səsləndirdikləri problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.

Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər