Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanovda Peşə və Sahə Assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib.

07 mart 2023 | 15:37

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın  4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi ilə Nərimanov Rayon İcra Hakimiyyətinin inzibati binasında iclas keçirilib. 

İclasda Nərimanov RİH-in məsul işçiləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Nərimanov Rayon Bələdiyyəsinin, Sahibkarlıq özəl elm və yüngül sənaye işçilərinin Nərimanov-Nizami-Suraxanı regional birləşmiş Həmkarlar İttifaqları Komitəsinin nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

İclas Nərimanov RİHB-nin müavini İlqar Mirzəyevin sədrliyi ilə keçirilib. O bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması sahibkarlığın inkişafı, işgüzar əlaqələrin genişləndirilməsi, sahibkarların maraqlarının müdafiəsi, məlumatlılıq səviyyəsinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir. 

Digər çıxış edənlər də çıxışlarında sahibkarların hüquq və iqtisadi mənafelərinin müdafiə olunması, təşəbbüslərinin dəstəklənməsi, fəaliyyətlərinin əlaqələndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və digər istiqamətlərdə sahə və peşə assosasiyalarının yaradılmasının önəmi barədə danışıblar.

Sonda bir daha bildirilib ki, Rayon ərazisində müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlar tərəfindən  assosiasiyaların yaradılması istiqamətində Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir.

Keçidlər