Nərimanovda səyyar görüş keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev rayon sakinləri ilə 193 saylı orta məktəbdə səyyar qəbul keçirib.
Görüşdə RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirakı ediblər.
RİH başçısı sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.