Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanovda səyyar görüşlər davam edir.

23 noyabr 2022 | 17:16

Vətəndaşların problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayonu 193 saylı tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul keçirib.
Görüşdə RİHBA-nın  məsul şəxsləri, Sahə İnzibati Ərazi  Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Qəbulda çıxış edən Nərimnov Rayon İcra Hakimiyyətinin başçısı  Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasətin nəticəsində əldə olunan uğurlardan söz açaraq, həyata keçirilən işlərin hər bir Azərbaycan vətəndaşının  rifahının yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Qəbula gələn vətəndaşlar RİH başçısı tərəfindən fərdi qaydada dinlənilib, onların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirilib.  Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, təmir- tikinti məsələləri,  tikinti şirkətlərinin fəaliyyətindəki nöqsanlar, işlə təmin olunma, müalicə və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
Qəbulda iştirak edən sakinlər  onların qayğılarının öyrənilməsi,  problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara görə ölkə rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər