Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanovda səyyar görüşlər davam edir.

27 aprel 2023 | 14:38

Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə rayon ərazisində yerləşən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında səyyar qəbul keçirib. Görüşdə rayon rəhbərliyi, RİHBA-nın  məsul şəxsləri, Sahə İnzibati Ərazi  Dairəsi üzrə nümayəndəliklərin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirakı ediblər.

Qəbulda çıxış edən İcra başçısı Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasətin nəticəsində əldə olunan uğurlardan söz açaraq, həyata keçirilən işlərin hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra sakinlər fərdi qaydada dinlənilərək, qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür. 

Qəbulda iştirak edən sakinlər  onların qayğılarının öyrənilməsi,  problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara görə ölkə rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər