Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanovda “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda dəyirmi masa keçirilib.

12 noyabr 2023 | 17:00

 Nərimanov rayonunda “Heydər Əliyev ili” çərçivəsində “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.

     Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyinin, ziyalıların, rayon ictimaiyyətinin və gənclərin iştirak etdiyi müşavirədə əldə olunan tarixi Zəfərimizdən bəhs edən videoçarx nümayiş olunub.

        Daha sonra çıxışçılar çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyətinin müstəsna yer tutduğunu, xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarının məhz Heydər Əliyev epoxasında gerçəkləşdiyini dayanıqlı müstəqil Azərbaycan dövlətinin qurulduğunu bildirdilər. Ulu öndərin yaratdığı dövlətçilik ənənələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirildiyi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixin mürəkkəb dönəmində qazanılan Şanlı qələbənin önəmi bir daha vurğulanıb.

 

Keçidlər