Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanovda Tibb işçilərinin peşə bayramı qeyd olunub.

17 iyun 2023 | 12:54

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov Rayon Təşkilatının sədri, bələdiyyə sədri, RİHB-nın müavinləri və tibb işçiləri iştirak ediblər.

Tədbirdə tibb işçilərinə uğur və müvəffəqiyyətlər arzu edilib, tibb elminin önəmindən söz açılıb. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirən islahatlar sayəsində səhiyyə sistemimizin müasirləşdiyi, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndiyi, tibbi xidmətlərinin səviyyəsinin yüksəldiyi vurğulanıb. Vətən müharibəsi və COVİD-19 pandemiyası dövründə tibb işçilərinin fədakarlığı xüsusi qeyd edilib.

Tədbir bədii proqramla davam edib.

Keçidlər