Nərimanovda xatirə tədbiri keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə tədbiri keçirilib.
Rayon rəhbərliyi, millət vəkilləri və ziyalıların iştirak etdiyi tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Respublikası Milli məclisinin millət vəkilləri və digər natiqlər çıxış edərək bildirmişdirlər ki, biz çox xoşbəxt xalq, xoşbəxt millətik ki, Heydər Əliyev kimi Ulu Öndərimiz və Müzəffər Ali Baş Komandan kimi rəhbərimiz var. Onlar həmçinin, qəlbi daim Vətən sevgisi ilə döyünən, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran müdrik lider Heydər Əliyevin Azərbaycan tarixində rolu və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi nəhəng işlər barədə ətraflı məlumat verdilər.
Tədbirdə səmimi xatirələr, maraqlı müsiqi kompozisiyaları ilə yadda qaldı.