Nərimanovda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüş keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi, Ekologiya və təbii sərvətlər nazirliyinin nümayəndələri, elm xadimləri və gənclər iştirak edib.
İclasda çıxış edən RİH başçısı və digər natiqlər Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda keçiriləcək COP-29 tədbirinin Azərbaycanın qüdrətini və beynəlxalq arenadakı güclü mövqeyini bütün dünyaya bir daha nümayiş etdirdiyini vurğulayaraq, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söz açmış, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırmışlar.