Nərimanovda Zərifə xanım Əliyevanın xatirəsi anıldı.
Nərimanov rayonunda görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilən xatirə tədbiri keçirilib.
Tədbirdə Nərimanov rayon rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, incəsənət, səhiyyə, elm xadimləri və ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Adil Əliyev, professor – oftolmoloq Paşa Qəlbinur və digər natiqlər Zərifə xanım Əliyevanın Azərbaycan xanımının ən gözəl keyfiyyətlərini özündə birləşdirən gözəl və qayğıkeş ana, cəfakeş və sədaqətli ömür gün yoldaşı, həm də Azərbaycan tibb elminə böyük töhfələr verən, görkəmli ziyalı alim olduğunu bildirdilər.
Tədbirdə Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.
Xatirə tədbiri incəsənət xadimlərinin çıxışları ilə davam edib.