Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb.
Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin YAP Nərimanov Rayon təşkilatında sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. RİHBA-nın məsul işçilərinin və xidmət sahələrinin rəhbərləri də iştirak etdiyi qəbulda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, Respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, həyata keçirilən nəhəng layihələrdən söz açaraq bildirib ki, Möhtərəm cənab Prezidentin 2019-cu il “Valday” forumunda söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” cümləsindən təxmini bir il sonra söylənən “Əziz Şuşa, sən azadsan!” cümləsi arasındakı qısa müddətdə görülən möhtəşəm işlər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Görüşdə sakinlər məhəllədaxili yollara yeni asfalt örtüyünün çəkilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, kanalizasiya xətlərinin təmir olunması, işlə təmin olunma və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.