Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar görüş keçirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayonunda yerləşən Evrika Liseyində sakinlərlə səyyar görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon bələdiyyəsinin sədri, RİHBA-nın məsul əməkdaşları və ərazi icra nümayəndələri iştirak ediblər.
Qəbulda çıxış edən İcra hakimiyyətinin başçısı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasətin nəticəsində əldə olunan uğurlardan söz açıb.
Daha sonra görüşdə sakinlər tərəfindən qaldırılan, onları narahat edən müxtəlif məsələlər dinlənilmiş qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.