Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar görüş keçirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbdə sakinlərlə səyyar görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon bələdiyyəsinin sədri, RİHBA-nın məsul əməkdaşları və ərazi icra nümayəndələri iştirak ediblər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı ölkəmizin ev sahibliyi etdiyi bir sıra beynəlxalq mötəbər tədbirlərdən söz açaraq, bu günlərdə Prezident cənab İlham Əliyevin sədrliyi ilı Nizami Gəncəvi Beynəlxalq Mərkəzində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu haqqında sakinlərə məlumat verib.
Daha sonra görüşdə sakinlər tərəfindən qaldırılan, onları narahat edən müxtəlif məsələlər dinlənilmiş qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.