Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar görüş keçirdi.

11 oktyabr 2023 | 18:03

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətov adına 291 nömrəli Ekologiya Liseyində sakinlərin müraciətlərini dinləyib. Görüşdə RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasətin nəticəsində əldə olunan uğurlardan söz açıb.

Daha sonra sakinlər fərdi qaydada dinlənilərək, qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.

Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər