Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə Xaliq Abbasov küçəsində səyyar qəbul keçirib.
Vətəndaşların problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayonu Xaliq Abbasov küçəsində sakinlərlə görüşüb. Görüşdə RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərinin və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbulda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və igid övladlarımızın şücayəti nəticəsində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərindən söz açıb. RİH başçısı bildirib ki, Ölkə Prezidenti cənab İlham Əliyev müdrik siyasəti nəticəsində bu gün biz artıq Azərbaycanın əzəli torpaqları olan Laçına, Zabuxa, Susaya geri dönürük.
Daha sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib, onların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirilib.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb. Qəbulda iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara görə ölkə rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.