Rayonun F.Məmmədov küçəsində aparılan təmir işləri yekunlaşıb.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə rayonun Firdovsi Məmmədov küçəsinin təmiri yekunlaşıb.
Uzunluğu 401 metr təşkil edən küçədə aparılmış təmir işləri çərçivəsində yeni asfalt-beton örtüyünün çəkilməsi, bordür daşlarının yenilənməsi, piyada səkilərin bərpası işləri yerinə yetirilib. Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa edilib, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xəttlərinin çəkilişi və zəruri yerlərdə yol nişanlarının quraşdırılması ilə küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.