Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun K.Kazımzadə küçəsində aparılan təmir işləri yekunlaşıb.

02 avqust 2023 | 12:46

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə rayonun Kazım Kazımzadə küçəsində aparılan təmir işləri yekunlaşıb.

711 metr uzunluğa malik sözügedən küçədə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub, mövcud piyada səkiləri bərpa olunub, yeni bordür daşları düzülüb. Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa edilib, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib.

Son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Keçidlər