Şəhid Əkbər Quliyevin xatirəsi yad edilib.
Vətən müharibəsi şəhidi Əkbər Quliyevin xatirəsi doğum günü münasibətilə 2-ci Fəxri Xiyabandakı məzarı önündə yad edilib. Anım mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri, Rayon bələdiyyəsinin və Rayon Ağsaqqallar Şurasının sədrləri, şəhidin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Şəhid Əkbər Quliyev göstərdiyi şücayətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Mərasimdə Şəhidin xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.
Şəhid Əkbər Quliyevin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.