Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsgəndərov Əhmədağa Novruz oğlunun xatirəsi anıldı.

20 sentyabr 2022 | 18:00

Sentyabrın 20-də Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan İsgəndərov Əhmədağa Novruz oğlunun doğum günü idi. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Əhmədağa oktyabrın 7-də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Əhmədağa İsgəndərov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Nərimanov rayon rəhbərliyi, şəhidin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid İsgəndərov Əhmədağanın məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər