Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məmişov İlqar Vaqif oğlunun xatirəsi anılıb.

07 fevral 2025 | 16:03

Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərən igidlərimizdən biri də İlqar Vaqif oğlu Məmişovdur. İlqar bir sıra rayonlarımızın azad edilməsində böyük rəşadət göstərib. O döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” və "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

Nərimanov rayon rəhbərliyi, şəhidin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər