Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mirzəyev Mahir Sabir oğlunun əziz xatirəsi yad edilib.

17 fevral 2025 | 16:56

Fevralın 17-də Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Mirzəyev Mahir Sabir oğlunun doğum günü idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə ölümündən sonra təltif edilmiş, Mahir Mirzəyev Aprel döyüşləri zamanı Seysulan, Qapanlı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailəsi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri 31 yaşı tamam olan şəhidimiz Mahir Mirzəyevin məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Mahir Mirzəyevin xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.

Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər