Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Quliyev Əkbər Güləhməd oğlunun xatirəsi anılıb.

16 fevral 2024 | 16:58

Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılan Quliyev Əkbər sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Əkbər Quliyev Vətən Müharibəsində itkin düşən və sonradan şəhid olduğu dəqiqləşən hərbi qulluqçulardandır. Əkbər döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Nərimanov rayon rəhbərliyi, şəhidin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş digər Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər