Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Şirəli Adilovun doğum günü münasibətilə məzarı ziyarət olunub

06 iyun 2022 | 17:06

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, RİHBA-nın məsul əməkdaşları, rayonun bələdiyyə və ağsaqqallar şurasının sədrləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsi şəhidi, Şirəli Adilovun doğum günü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.

Tədbirdə çıxış edən Nərimanov RİH başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandığını, ədalətin bərqərar olduğunu bildirib. İcra başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda övladlarını itirən valideynlərə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.

Şəhid Şirəli Adilovun ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər