Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qəhrəmanı, baş leytenant Azad Hümbətovun əziz xatərəsi yad olundu.

27 oktyabr 2022 | 15:19

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi.

Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant,  şəhid Azad Hümbətovdur. Azad Hümbətov Tank taborunun komandiri idi. O, Füzuli, Qubadlı və Laşın istiqamətlərində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş, dəfələrlə yaralı döyüş yoldaşlarını düşmən mühasirəsindən çıxara bilmişdi. Özünün yaralanmasına baxmayaraq müalicəsinin yarımçıq qoyaraq yenidən döyüşlərə qatılan Azad Hümbədov 27 oktyabr 2020-ci il tarixində Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Azad Hümbətov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.  

27 oktyabr tarixində Nərimanov rayon rəhbərliyi, şəhidin ailə üzvləri, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Azad Hümbətovun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin gələcək nəsillərə nüunə olduqlarını,  onların əziz  xatirəsinin daim Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd etmişdir. Şəhid ailəsi üzvləri göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər