Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun əziz xatərəsi yad olundu.

27 oktyabr 2026 | 19:21

Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovdur. Azad Hümbədov 27 oktyabr 2020-ci il tarixində Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Azad Hümbətov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 

27 oktyabr tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov təşkilatının sədri Elçin Quliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, şəhidin ailə üzvləri, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Azad Hümbətovun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin gələcək nəsillərə nümunə olduqlarını, onların əziz xatirəsinin daim Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd etmişdir.

Şəhid ailəsi üzvləri göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevayə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər