Vətən Müharibəsi şəhidi Ələddin Azər oğlu Səidovun xatirəsi anılıb.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Millət vəkili Hikmət Məmmədov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsi şəhidi Ələddin Səidovun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.
Tədbirdə çıxış edən Nərimanov RİH başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandığını, ədalətin bərqərar olduğunu bildirib. İcra başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda əzizlərini itirən şəhid ailələrinə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.
Şəhid Əələddin Səidovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.








