Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Kamran Bəhmən oğlu Hüseynovun məzarı ziyarət olunub.

02 oktyabr 2026 | 11:48

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsi şəhidi, Hüseynov Kamran Bəhmən oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.

Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Kamran Hüseynov Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid Kamran Hüseynov göstərdiyi şücayətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Eyni zamanda icra başçısı tərəfindən canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş digər Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur.

Şəhid Kamran Hüseynovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər