Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi, mayor Hacıyev Elnur Rauf oğlunun ailəsi ziyarət olunub.

06 iyul 2026 | 18:20

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev şəhidimiz Elnur Hacıyevin ailəsini ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Torpaqlarımızın işğaldan azad olunması, tarixi Zəfərin qazanılması uğrunda böyük şücaət göstərərək canını Vətən yolunda fəda edən igidlərimizdən biri də şəhid mayor Elnur Rauf oğlu Hacıyevdir. Azərbaycan Ordusunun mayoru Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi məqsədilə başladığı Vətən müharibəsində iştirak etmiş, Füzuli istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. O, 17 oktyabr 2020-ci ildə Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

Görüş zamanı Nərimanov RİH başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda əzizlərini itirən şəhid ailələrinə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırıb.

Şəhid Elnur Hacıyevin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər