Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun əziz xatirəsi yad edilib.

30 oktyabr 2026 | 15:27

Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Mehrac Əhədovdur. Şəhidimiz Mehrac Əhədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı gəhrəmancasına şəhid olmuşdur. Vəzifə borcunu şərəflə yerinə yetirən şəhidimiz Mehrac Əhədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, İcra Hakimiyyətinin məsul şəxsləri, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, şəhidin ailəsi, eləcə də rayon ictimaiyyətinin nümayənələri şəhidimiz Mehracın məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Murad Məmmədovun xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.

Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər