Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Muradov Ziyadın ailəsi ziyarət olunub.

14 noyabr 2026 | 13:55

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, şəhid Ziyad Muradovun anası Tahirə Muradovanın 60 illik yubileyi münasibətilə  ziyarət ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasını ad günü münasibətilə ürəkdən təbrik edərək, ona xoş arzularını çatdırmışdır. Görüşdə şəhid Ziyad Muradovun əziz xatirəsi bir daha yad edilmiş, şəhid valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlıq ifade edilmişdir.

Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər