Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun ailəsi ziyarət olunub.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev şəhid Vidadi Xəlilovun ailəsini ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.
Ziyarətə xüsusi məna verən hadisə şəhid Vidadi Xəlilovun qızının bu il keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəbə qəbul olunması olub. Rayon İcra Hakimiyyətinin başçısı onu qazandığı uğur münasibətilə təbrik edib, təhsilində yeni nailiyyətlər arzulayıb. Qeyd olunub ki, şəhid övladlarının təhsildə, ictimai həyatda və müxtəlif sahələrdə əldə etdikləri uğurlar hər birimiz üçün qürurvericidir.
Səmimi söhbət şəraitində keçən görüşdə şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəbərliyinə minnətdarlıqlarını bildiriblər.






