Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Şəhriyar Qasımovun ailəsi ziyarət olunub.

26 oktyabr 2026 | 19:20

Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Şəhriyar Vəzir oğlu Qasımovdur. Şəhriyar Qasımov 26 oktyabr 2020-ci ildə Qubadlı rayonun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda", "Xocavəndin, Füzulinin və Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və YAP Nərimanov təşkilatının sədri Elçin Quliyev şəhidimiz Şəhriyarın ailəsini ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Şəhriyar Qasımovun xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.

Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər