Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Səidov Ələddinin ailəsi ziyarət olunub.

17 iyun 2026 | 18:09

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Nərimanov bələdiyyəsinin və İcra Hakimiyyətinin məsul şəxsləri şəhidimiz Ələddin Səidovun ailəsini ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Qəlbi daima Vətən eşqi ilə döyünən qəhrəman şəhidimiz Ələddin Səidov işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Ələddin Səidov noyabrın 3-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. O, ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Nərimanov RİH başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda əzizlərini itirən şəhid ailələrinə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırıb.

Şəhid Ələddin Səidovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər