Vətən müharibəsi şəhidi Sənan Şahin oğlu Abdullayevin məzarı ziyarət olunub.
Zəfərin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Abdullayev Sənan Şahin oğludur.
1 noyabr tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, İH-nin kollektivi, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, şəhid Sənan Abdullayevin ailə üzvlər şəhidimizin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad etmişlər.
Sənan Abdullayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Sənan Abdullayev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ziyarətdə çıxış edən, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək, Sənan Abdullayevin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür etmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.






