Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunaraq xatirələri yad edilib.

25 oktyabr 2022 | 11:05

Mərasimində Rayon rəhbərliyi, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Nərimanov RİH başçısı Elgin Həbibullayev şəhidlərin ailə üzvlərinə başsağlığı verərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qəhrəman övladlarımızın şücayəti nəticəsində  Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandığını, ədalətin bərqərar olduğunu bildirib. İcra başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda övladlarını itirən valideynlərə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.

Mərasimdə şəhidilərin xatirəsi ehtiramla anılmış, məzarları üzərinə gül dəstələri düzülmüş və ruhularına dualar oxunmuşdur.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər