Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının XII konfransı keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub. Konfransı giriş nitqi ilə açıq elan edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev hesabat məruzəsi ilə çıxış edərək rayon təşkilatının fəaliyyəti, qarşıya qoyulan vəzifələrin icrası barədə məlumat verib. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxış edərək bildirib ki, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyanın bu istiqamətdə gördüyü işlər cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.
Tədbir Millət vəkilləri Hikmət Babaoğlu və Samir Vəliyevin, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirovun, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyevin, SOCAR-ın Aparat rəhbəri, ərazi partiya təşkilatının sədri Hafiz Zeynalovun və Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətovun maraqlı çıxışları ilə davam edib.
Sonda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rəfael Gülməmmədov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz Proqram və Nizamnaməsində nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirib və yetirməkdədir.
YAP-ın VIII Qurultayına nümayəndələr seçilməklə Konfransa yekun vurulub.






