Şriftin ölçüsü :

Saytın rəngi :

27.07.2017

Azərbaycan Respublikası

Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının

S Ə R Ə N C A M I

 

№320                                                                                  27 iyul 2017-ci il

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03.05.2017-ci il tarixli 1361 №-li Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

  1. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2017-ci il tarixli 164 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.
  2. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
  3. Nərimanov RİH başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Zeynalov Vəfadar Kamil oğluna tapşırılsın ki, bu sərəncamın surətinin Nərimanov RİH-in rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
  4. Bu sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Rayon İcra Hakimiyyəti başçısının

səlahiyyətlərini icra edən                                                                      Şahmar İbadov

 

Nərimanov Rayon İcra Hakimiyyəti     

  başçısının  27.07.2017-ci il      

  tarixli 320 №-li sərəncamı ilə   

   təsdiq edilmişdir

 

 Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər

                        üzrə Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) adından protokol tərtib                      

                             etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı

            Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:

            1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə- Nərimanov RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri,  başçının inzibati ərazi dairələri üzrə nümayəndələri;

            2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri;

            3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, RİH başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri;

            4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 413, 451 və 516.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini (dini qurumlar üzrə təşkilatçı);

            5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527, 530 və 532-ci maddələrində nəzərdə tutulmuş xətalar haqqında işlər üzrə - başçının birinci müavini, başçının müavinləri.

 

Keçidlər