Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanda yerləşən binalarda əsaslı təmir-bərpa işləri başa çatmaq üzrədir.

11 mart 2024 | 13:20

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nərimanov rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri davam etdirilir.

Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanda yerləşən 7 girişli, 5 və 6 mərtəbəli binalarda əsaslı təmir-bərpa işləri həyata keçirilir. Binaların dam örtüyünün yenilənməsi və qəzalı vəziyyətdə olan eyvanların əsaslı təmir olunması prosesi başa çatdırılmışdır. Binaların fasadında hazırda aparılan yenilənmə və təmir işləri də başa çatmaq üzrədir.

Keçidlər