Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanda yerləşən binalarda əsaslı təmir-bərpa işləri həyata keçirilir.

13 oktyabr 2023 | 12:41

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nərimanov rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri davam etdirilir.

Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanda yerləşən 7 girişli, 5 və 6 mərtəbəli binalarda əsaslı təmir-bərpa işləri həyata keçirilir. Binaların dam örtüyünün yenilənməsi prosesi artıq başa çatdırılmışdır. Hazırda qəzalı vəziyyətdə olan eyvanlar əsaslı təmir olunur. Eyni zamanda binaların fasadında da təmir işlərinin aparılması nəzərdə tutulur.

Keçidlər