Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Atatürk prospektində aparılan təmir işləri yekunlaşıb.

13 avqust 2024 | 15:00

Təmir işləri Atatürk prospektinin Səttar Bəhlulzadə və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində icra olunub.

Təmir işləri çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılması və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla prospekt müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Keçidlər